RU

Arvadının saçını qırxıb, ona əzab verən şəxs həbs edildi

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, Tamerlan Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
21
unikal.az

1Источники