RU

Gələn həftəyə qədər İrana şans verəcəyəm Tramp

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ İranla bağlı münaqişədə diplomatiyaya gələn həftənin əvvəlinə qədər şans verməyə və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə salmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"İki və ya üç gündən danışıram. Ola bilsin ki, cümə, şənbə, bazar. Ola bilsin ki, gələn həftənin əvvəlində. Məhdud müddət. Çünki onlar nüvə silahına sahib ola bilməzlər", - deyə o bildirib.

Qeyd edək ki, Tramp ötən gün Tehranla razılığa gəlmək ehtimalını əsas gətirərək, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarı verdiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
3
axar.az

10Источники