RU

Nikolas Boffi: Özəl sektorun tərəfdaş kimi qəbul edilməsi WUF13-un ana xəttini təşkil edir

Bakı, 19 may, AZƏRTAC

Qlobal Şəhərsalma festivalı (MIPIM) ənənəvi olaraq özəl sektor və investorlar görüşü kimi qəbul edilir. Amma artıq 20 ildir ki, iştirakçı tərkibində dəyişiklik baş verib, daha çox dövlət orqanları iştirak edir, gələn insanların müxtəlifliyi artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən "Mənzil üçün Yeni Sazişin yaradılması: Əsasda dövlət-xüsusi tərəfdaşlığı dayanır" adlı tədbirdə Qlobal Şəhərsalma festivalının direktoru (MIPIM) Nikolas Boffi deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunda aparılan söhbətlərin bir çoxunun ana xətti məhz özəl sektorun bir tərəfdaş kimi qəbul edilməsinin vacibliyidir. "Beləliklə, siz qlobal investorlar, developerlər və təbii ki, şəhər rəhbərləri ilə qarşılıqlı əlaqədə olduqca, mənzil böhranı daşınmaz əmlak sektoru tərəfindən daha yaxşı anlaşılır", - deyə MIPIM-in direktoru diqqətə çatdırıb.

Fotoqraf - Səfiyar Məcnun

Избранный
29
azertag.az

1Источники