Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş verən Şamaxı zəlzələləri zamanı dağılıb. 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Prezident İlham Əliyevin sərəncamı əsasında 2010-2013-cü illərdə aparılıb.
Əlavə edək ki, dahi şair Nəsiminin vətəni olan Şamaxıda həm də Nəsimi Bağları Kompleksi ərazisi yaradılıb. Burada Nəsiminin müasir üslubda hazırlanmış nəhəng heykəli yerləşir ki, o da öz əzəməti ilə Şamaxıya gələn hər kəsi valeh edir. Böyük İpək Yolunun üzərində yerləşən Şamaxı əsrlər boyu mədəniyyətlərin, karvanların və sivilizasiyaların qovuşduğu məkan olub. Bu torpaqlar saysız imperiyaların izinin, zəlzələlərin, dirçəlişlərin canlı şahidi olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şamaxı Azərbaycanın qədim şəhərsalma və tarixi irsinin ən mühüm simvollarından biridir. 


