Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.
Publika.az xəbər verir ki, dövlət başçısı qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir.
Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
İlham Əliyev vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində yerləşən və 743-cü ildə tikilmiş Cümə məscidi dünyanın ən qədim məscidlərindən biri kimi qeyd edib:
“Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı 14-cü əsrdə yaşamış dahi Azərbaycan şairi Nəsiminin vətəni və 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin yerləşdiyi şəhərdir”.