RU

Maskalılar qəzetin yerləşdiyi binaya basqın etdilər

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Moskvada “Moskovski Komsomolets” qəzetinin yerləşdiyi binaya silahlı və maskalı şəxslər daxil olub. Onlar sənəd göstərməkdən və məqsədlərini açıqlamaqdan imtina ediblər.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, baş redaktor Pavel Qusevin sözlərinə görə, naməlum şəxslər redaksiyanın özünə deyil, binadakı icarəçilərin yerləşdiyi hissəyə daxil olaraq üçüncü mərtəbəni nəzarətə götürüblər.

“Maskalı və silahlı, əlində çəkic olan şəxslər idi. Üçüncü mərtəbəni şkaflarla barrikadaya alıblar”, – deyə Qusev bildirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Bildirilir ki, insident qəzetin fəaliyyəti ilə bağlı deyil və redaksiya normal rejimdə işləməyə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
axar.az

2Источники