RU

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kiloqram 885 qram heroin, 4 kkiloqram 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
10
yeniazerbaycan.com

10Источники