RU

Paşinyan seçkidə qalib gəlsə, bu sənəd dərhal imzalanacaq ŞƏRH

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanda keçirilən seçki kampaniyası fonunda baş nazir Nikol Paşinyanın səsləndirdiyi son bəyanatlar regionun gələcək taleyi baxımından müzakirələrə yol açıb. Müxalifətin sərt ittihamları ilə üzləşən Paşinyan administrasiyasının bu gedişləri, bəzi ekspertlər tərəfindən daxili auditoriyaya hesablanmış növbəti manipulyasiya və vaxt qazanmaq cəhdi kimi qiymətləndirilir. Digər tərəfdən isə mövcud seçki prosesi Ermənistan xalqının gələcək sülhə səs verməsi və ağır güzəştlərin qəbul edilməsi üçün ən yaxşı vəsilə kimi nəzərdən keçirilir. Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.O deyib ki, indiki vəziyyətdə məqsəd daha çox seçkini qazanmaqdır:“Əgər bu vəziyyətdə erməni xalqı ona səs verirsə, seçkidən dərhal sonra Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün qarşısında ciddi maneə qalmayacaq. Eyni zamanda ən ağır və güzəşt kimi qəbul edilə biləcək məsələlər, yəni müxalifətin Nikol Paşinyanı ittiham etdiyi məqamlar da məhz həmin sülh razılaşmalarının tərkib hissəsi hesab olunur. Bu baxımdan həm seçkini qazanmaq, həm Ermənistanın gələcəyini müəyyənləşdirmək, həm də sülh proseslərini reallaşdırmaq üçün hazırkı seçki kampaniyası ən uyğun vasitə kimi qiymətləndirilir. Nəticə etibarilə görəcəyik ki, əgər erməni xalqı Paşinyanı seçərsə, bu, dolayısı ilə sülh müqaviləsinə verilmiş dəstək kimi də qəbul olunacaq”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
demokrat.az

1Источники