RU

Yankoviç Konyaspor da? Türkiyə klubu Qarabağ dan çox maaş təklif etdi, razılaşdı!

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ”da daha bir ayrılıq yaşana bilər.Belə ki, Ağdam klubunun aparıcı futbolçularından Marko Yankoviçin Türkiyəyə transferi gündəmdədi. Qardaş ölkənin super liqa təmsilçilərindən “Konyaspor” monteneqrolu ulduzun keçidində maraqlıdı.“The Football Office TV”nin aparıcı eksperti Elçin Cəfərovun özəl xəbərinə görə, Türkiyə klubunun idarəçiləri yaxın günlərdə “Qarabağ”a keçidlə bağlı təklif göndərəcək:

“Ağdam klubunda aylıq təxminən bonuslarla birlikdə 60 min dollar məvacib qazanan Yankoviçə Türkiyədən təklif 80 min dollar civarındadı. “Qarabağ”la bir illik müqaviləsi olan Markonun sərbəst qalma bədəli bir milyon dollardı. Futbolçu özü də təklifə müsbət yanaşıb getmək istədiyini bildirib”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
icma.az

2Источники