Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Çelsi”nin yeni meneceri Xabi Alonso London klubu üçün “Real Madrid”in hücumçusu Kilian Mbappe ilə müqavilə imzalamaqda maraqlı olduğunu bildirib.
İdman.Biz-in Football365-ə istinadən məlumatına görə, “Real Madrid”in hücumçusu karyerasını İngiltərədə davam etdirə bilər.
Mənbənin məlumatına görə, ingilis klubu artıq Mbappenin anası ilə əlaqə saxlayıb və o, həm də onun agentidir. “Çelsi”nin yeni məşqçisi oyunçu ilə “Stemford Bridc”də yenidən görüşmək üçün çalışır. İspan menecer “Real Madrid”də olduğu müddətdə fransızla yaxşı münasibətdə olub.
Kilian Mbappe 2024-cü ildə Madrid klubu ilə 2029-cu ilin iyun ayına qədər olan transfer müqaviləsi imzalayıb. Bu mövsüm hücumçu “Real Madrid”in heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 41 qol vurub və yeddi məhsuldar ötürmə edib.
17 may 2026-cı ildə Xabi Alonsonun rəsmi olaraq “Çelsi” klubunun baş məşqçisi təyin olunduğu açıqlanıb.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.