RU

ABŞ Hind okeanında neft tankerini ələ keçirib

Skywave tankeri mart ayından bəri ABŞ sanksiyaları altında olub...

ABŞ mayın 19-na keçən gecə Hind okeanında Skywave tankerini saxlayıb.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Amerika səlahiyyətliləri həmin tankeri İran neftinin daşınması ilə əlaqələndirirlər.

WSJ-nin mənbələrinin sözlərinə görə, tanker martdan bəri ABŞ-nin sanksiyaları altındadır. İzləmə məlumatlarına görə, gəmi Malakka boğazından keçərək Malayziyanın qərbinə doğru hərəkət edirdi. Brokerlərin məlumatları və Lloyds List Intelligence-in göstəriciləri isə tankerin fevralda İranın Xark adasında bir milyondan çox barel neft yükləmiş ola biləcəyinə işarə edir.

Qeyd edək ki, bu hadisə ABŞ-nin İran neftinin beynəlxalq bazarlara çatdırılmasının qarşısını almaq məqsədilə "kölgə donanması"na qarşı gücləndirilmiş dəniz nəzarəti tədbirləri çərçivəsində baş tutub. Skywave tankerinin ələ keçirilməsi Vaşinqtonun İrana tətbiq etdiyi enerji blokadасının dəniz hüququ vasitəsilə də həyata keçirildiyini nümayiş etdirir.

Poliqon.info

Избранный
61
poliqon.info

1Источники