Londonun "Arsenal" komandası 2003/04-cü illər mövsümündən sonra ilk dəfə İngiltərənın futbol çempionatının qalibi olub.
Publika.az xəbər verir ki, bu barədə XXXVII turun son oyununda "Bornmut" və "Mançester Siti" arasında 1:1 hesablı heç-heçədən sonra məlum olub.
"Arsenal" 82 xal qazanaraq, turnir cədvəlində birinci yeri tutub. "Mançester Siti" 78 xalla ikinci yerdədir. Hər iki komandanın turnirin bitməsinə bir oyunu qalıb.