RU

Moskvada hərbi hospital qalmaqalı: güc strukturları təchizatçı şirkətə basqın etdi

Moskvada hərbi hospitalları avadanlıqla təmin edən təşkilata qarşı qəfil əməliyyat keçirilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Moskovski komsomolets” qəzetinin yerləşdiyi binada fəaliyyət göstərən Konsorsium Medtexniki təşkilatında axtarış aparıblar.

Məlumata görə, təşkilat Müdafiə Nazirliyinin hərbi hospitallarını yüksək texnologiyalı tibbi avadanlıqlarla təmin edir və dövlət müqavilələri əsasında çalışır.

“MK” qəzetinin maliyyə direktoru Yekaterina Çereşnikova “Ostorojno, novosti”yə bildirib ki, güc strukturlarının əməkdaşları nə sənəd göstəriblər, nə də əməliyyatın səbəbini izah ediblər. Onun sözlərinə görə, jurnalistlərə sadəcə:“Ya Moskva DİN-ə, ya İstintaq Komitəsinə, ya da FSB-yə müraciət edin”deyilib.

Məqalədə qeyd olunur ki, redaksiya həmin qurumlara rəsmi sorğular göndərsə də, heç biri istintaq hərəkətlərini təsdiqləməyib.

“Konsorsium Medtexniki” təşkilatı 2020-ci ildə Rusiya Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. “Rəqəmsal Satınalmalar” portalındakı məlumata görə, qurum hərbi hospitalların “kompleks müqavilə mexanizmi” ilə təchiz olunması ilə məşğuldur. Bu sistemə tibbi avadanlığın özü ilə yanaşı, beşillik zəmanət, servis xidməti və sığorta da daxildir.

Musavat.com

Избранный
89
musavat.com

1Источники