RU

Bakıda Türk Dövlətləri Təşkilatı üzvləri şəhərsalma və digər sahələr üzrə saziş imzalayıb

BAKI, 20 may. TELEQRAF

Türk Dövlətləri Təşkilatının (TDT) Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində Azərbaycan Pavilyonunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın aidiyyəti qurumları arasında şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilir.

Qeyd edilib ki, sənəd şəhərsalma və ərazi planlaşdırılması sahəsində təcrübə mübadiləsi, rəqəmsal və "ağıllı" şəhər həllərinin, süni intellekt və coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqi, "yaşıl" şəhərlər konsepsiyasının və iqlim dayanıqlılığının təşviqi, memarlıq təhsili və peşəkar hazırlıq sahəsində əməkdaşlıq, birgə layihələrin, forumların və tədqiqat təşəbbüslərinin həyata keçirilməsi istiqamətlərini əhatə edir.

Məlumatda bildirilir ki, memorandum innovasiya, ekoloji məsuliyyət və mədəni irsin qorunması prinsiplərinə əsaslanan dayanıqlı şəhər inkişafı üzrə ortaq yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Избранный
82
teleqraf.com

1Источники