ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
"Real Madrid"in və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe İngiltərənin "Çelsi" klubunun maraq dairəsinə düşüb.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Mirror" nəşri iddia irəli sürüb.
Nəşrin yaydığı məlumata görə, London klubunun sahibi Todd Bouli Mbappenin həm anası, həm də agenti olan Fayza Lamari ilə şəxsən əlaqə saxlayıb.
Bundan əlavə, fransalı hücumçunun "Çelsi"yə mümkün keçidində London təmsilçisinin baş məşqçi postuna gətirmək istədiyi Xabi Alonsonun da rol oynaya biləcəyi vurğulanır. İddialara görə, ispaniyalı mütəxəssis Kilian Mbappe ilə eyni komandada çalışmaqda şəxsən maraqlıdır. Son vaxtlar Mbappe də mətbuata açıqlamalarında Xabi Alonsoya olan böyük hörmətini gizlətməyib və onun məşqçilik fəlsəfəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Kilian Mbappenin "Real Madrid" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Odur ki, bu transferin reallaşması London klubuna rekord məbləğ hesabına başa gələ bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.