ABŞ Hind okeanında İranla əlaqəli olduğu bildirilən bir neft tankerini ələ keçirib.
Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən gəmi ABŞ hökumətinin mart ayında sanksiya tətbiq etdiyi “Skywave” gəmisidir.
Qeyd edək ki, bu, İranla müharibənin başlanğıcından bəri ABŞ tərəfindən ələ keçirilən üçüncü neft tankeridir.