RU

Bakıdan Tiflisə qatarlar hansı saatda yola düşəcək?

“Azərbaycan Dəmir Yolları” QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Məlum olub ki, Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq veriləcək. İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Mətləb

Избранный
15
19
sia.az

10Источники