RU

Avropada uşaqların itməsi hallarının 90 dan çoxu internetdə pis yola təhriklə əlaqələndirilir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 may, AZƏRTAC

Uşaqlar onlayn şəkildə pis yola təhrik olunmaqdan, cinsi istismardan və zorakılıqdan qorunmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Missing Children Europe” (MCE) təşkilatının yayımladığı hesabatda bildirilib. Təşkilat 28 Avropa ölkəsindən 35 qurumu birləşdirir.

Hesabata görə, Qərbi Avropada hər beş uşaqdan biri - 19,6 faizi 18 yaşına çatmamış internetdə arzuolunmaz davranış və ya qruminqlə qarşılaşdığını bildirib. Qruminq yetkin şəxsin cinsi istismar məqsədilə azyaşlının etimadını qazanmağa çalışması kimi izah olunur.

MCE-nin məlumatına əsasən, cinayətkarlar taktikalarını uşaqların onlayn vərdişlərinə uyğunlaşdıraraq onları sosial media platformaları, oyun servisləri və gənclərin geniş istifadə etdiyi ünsiyyət tətbiqləri vasitəsilə hədəfə alırlar.

Qeyd olunub ki, vaxtında aşkarlanmadığı təqdirdə, onlayn təhriketmə müxtəlif cinsi istismar və zorakılıq hallarına səbəb ola bilər.

“Missing Children Europe” təşkilatı onlayn qruminq, cinsi istismar və uşaqların itməsi arasında sıx əlaqənin olduğunu vurğulayır. Bildirilir ki, qruminq həm uşağın yoxa çıxmasına səbəb, həm də bunun nəticəsi ola bilər. Cinayətkarlar uşaqları manipulyasiya edərək evdən uzaqlaşmağa sövq edə, qorxu, utanc və ya psixoloji təzyiqdən istifadə edə bilərlər.

Hesabata əsasən, 2025-ci ildə Avropada İtən Uşaqlar üzrə Qaynar Xətlərə (116 000) daxil olan müraciətlər arasında onlayn qruminqlə əlaqəli 92 yoxaçıxma halı müəyyən edilib.

Bununla əlaqədar olaraq MCE Avropa İttifaqını və siyasətçiləri əlavə tədbirlər görməyə çağırıb. Təşkilat yetkinlik yaşına çatmayanların onlayn şəkildə pis yola təhrik edilməsinə görə daha sərt hüquqi məsuliyyət müəyyənləşdirilməsini və sırf internet üzərindən baş verən zorakılıq hallarının ayrıca tanınmasını tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
82
3
azertag.az

4Источники