RU

Putin Si Cinpinlə danışıqlara başlayıb - FOTOLAR

BAKI, 20 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Pekində yerləşən Çin Xalq Nümayəndələri Evinə gəlib. Burada Rusiya-Çin danışıqları keçiriləcək.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Tiananmen meydanının qərb hissəsində yerləşən binada Rusiya və Çin nümayəndə heyətləri arasında həm məhdud, həm də geniş tərkibdə görüşlər planlaşdırılıb. Səfər çərçivəsində Putinin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə də görüşü nəzərdə tutulur.

Diplomatik protokola uyğun olaraq, danışıqlardan əvvəl rəsmi qarşılama mərasimi keçirilib.

Si Cinpin qonağını Tiananmen meydanında fəxri qarovul dəstəsinin qarşısında qarşılayıb. Putin meydana “Aurus” markalı avtomobillə gəlib. Liderlər səmimi şəkildə əl sıxıblar və Çin hərbi orkestrinin ifasında səslənən “Podmoskovnıye Veçera” mahnısının sədaları altında onları salamlayan uşaqların yanına yaxınlaşıblar.

Bundan sonra Putin və Si Cinpin hər iki ölkənin nümayəndə heyətlərini salamlayıblar.

Rusiya Prezidentini Çinə səfərdə 39 nəfərlik nümayəndə heyəti müşayiət edir. Heyətdə baş nazir müavinləri, nazirlər, Prezident Administrasiyasının nümayəndələri, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, iri dövlət korporasiyalarının və bankların rəhbərləri yer alıblar.

Mərasim zamanı Çin Xalq Azadlıq Ordusunun hərbi orkestri hər iki ölkənin dövlət himnlərini ifa edib. Liderlər fəxri qarovul dəstəsinin önündən keçərək hərbi paradı izləyiblər.

Təxminən 15 dəqiqə davam edən mərasimdən sonra Putin və Si Cinpin qırmızı xalça ilə Çin Xalq Nümayəndələri Evinə daxil olublar. Liderlər burada ənənəyə uyğun olaraq birgə rəsmi foto çəkdiriblər.

Избранный
50
35
teleqraf.com

10Источники