RU

Qvardioladan "Mançester Siti"dəki gələcəyi ilə bağlı yeni açıqlama: "Planetin ən xoşbəxt insanıyam"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 2025/26 mövsümünün sonunda klubdan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Qvardiola "Sky Sports"-a açıqlamasında belə deyib: 

"Müqaviləmin bitməsinə hələ bir il qalır. Bu barədə danışan ilk şəxs klub prezidentidir. Mövsümü bitirəndə danışıb qərar verəcəyik. Deyə bilərəm ki, bu klubda olduğum üçün planetin ən xoşbəxt insanıyam. Uzun illər burada qələbələr qazanmışıq. Bu, inanılmazdır".

"Mançester Siti" rəhbərliyinin artıq Entso Mareskanı Qvardiolanın potensial varisi kimi nəzərdən keçirdiyi bildirilir. İtaliyalı mütəxəssis əvvəllər "şəhərlilər"də çalışıb və ispaniyalı mütəxəssisin məşqçilər heyətinin üzvü olub.

Pep Qvardiola 2016-cı ildən bəri "Mançester Siti"yə rəhbərlik edir. Bu müddət ərzində o, klubla 6 Premyer Liqa titulunu, həmçinin, Çempionlar Liqasını, ümumilikdə 20 kubok qazanıb.

Mirağa

Избранный
4
fanat.az

1Источники