RU

Putin Si Cinpinlə danışıqları yüksək qiymətləndirdi

Ajans.az xəbər verir ki,tərəflər dar tərkibdə qarşılıqlı etimad şəraitində ikitərəfli əməkdaşlığın əsas istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparıblar. “Biz indicə dar formatda, ənənəvi dostcasına və etimad dolu şəkildə ikitərəfli əməkdaşlığın vacib məsələləri üzrə məzmunlu danışıqlar apardıq. İndi isə onları daha geniş formatda müzakirə edəcəyik”, – deyə Rusiya lideri vurğulayıb.

Putin həmçinin qeyd edib ki, Rusiya ilə Çin arasındakı münasibətlər dəfələrlə möhkəmlik və dayanıqlılıq baxımından sınaqdan keçib. Onun sözlərinə görə, Moskva və Pekin həm ikitərəfli münasibətləri, həm də beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklər.

Избранный
4
Ajans.az

1Источники