RU

Portuqaliyalı yarımmüdafiəçi PSJ yə qayıdır

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mərkəz yarımmüdafiəçisi Renatu Sançeş "Panatinaikos"da icarə müddəti bitdikdən sonra tezliklə PSJ-yə qayıdacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, Yunanıstan klubu oyunçunun transfer seçimini aktivləşdirməyi planlaşdırmır. Ona görə də 28 yaşlı yarımmüdafiəçi yenidən Parisə dönəcək. 

Lakin PSJ də Sançeşə ümid bəsləmir. Baş məşqçi Luis Enrike portuqaliyalı mütəxəssisi növbəti mövsüm üçün planlarında görmür. Bu üzdən klub onu bu yay transferə çıxarmaq niyyətindədir. 

Renatu Sançeş 2025/26 mövsümündə "Panatinaikos"da 24 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
2
fanat.az

3Источники