Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya İrandan çıxan 89 İranla əlaqəli ticarət gəmisini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"Mərkəzi Komandanlıq qüvvələri İran limanlarına daxil olan və çıxan yük axınına müdaxilə etməklə ABŞ-ın İrana qarşı blokadasını davam etdirir. Blokada rejimini təmin etmək üçün 89 ticarət gəmisinin istiqaməti dəyişdirilib", - deyə qeyd edilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта