RU

Cənubi afrikalı alim: Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhərlərin ayrılmaz hissəsinə çevrilib

Qeyri-rəsmi yaşayış məntəqələri yalnız inkişaf etməkdə olan şəhərlərə xas müvəqqəti problem deyil, müasir şəhər inkişafının ayrılmaz hissəsidir.

APA-Economics” xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Vitvatersrand Universitetinin Memarlıq Məktəbinin professoru Meri Huxzermeyer WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, San-Paulu, Quançjou və Bakı kimi şəhərlərdə qeyri-rəsmi yaşayış məntəqələri, o cümlədən tikinti sektorunda çalışan işçilərin qarşılanmamış mənzil tələbatını ödəyib.

Meri Huxzermeyer qeyd edib ki, bir çox şəhərlər əlçatan mənzil fondunu və əsas xidmətləri kifayət qədər genişləndirə bilmədiyi üçün bu ərazilər zamanla aşağı orta təbəqənin də yaşayış məkanına çevrilib.

Professor vurğulayıb ki, qeyri-rəsmi yaşayış məntəqələri son dərəcə mürəkkəb və müxtəlifdir. Bu ərazilər paralel idarəetmə, xidmət və kirayə bazarı sistemləri ilə formalaşır.

Onun sözlərinə görə, bəzi ölkələrdə bu yaşayış məntəqələrində kirayə bazarına kiçik ev sahiblərindən tutmuş iri investorlar və hətta cinayətkar qruplar nəzarət edir. Bu isə yoxsul ailələrin istismarına səbəb olur.

Избранный
41
2
apa.az

3Источники