RU

Gecə bunu yeyəndə səhərə əzələ şişir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gecə saatlarında yemək yeməyin çəki artımına birbaşa təsir etməsi barədə fikirlər artıq öz bəraətini itirir. Son araşdırmalar göstərir ki, yatmazdan əvvəl düzgün seçilmiş qidalar bədən quruluşunun qorunmasına kömək edir.Demokrat.az xəbər verir ki, xüsusilə qatıq tərkibindəki sürətli və yavaş həzm olunan zülallar sayəsində gecə boyu orqanizmi bərpa edir. Mədədə xüsusi kütləyə çevrilən faydalı maddələr yuxu zamanı əzələlərin zəifləməsinin qarşısını alır, bədənin dincəldiyi vaxtda belə əzələ kütləsinin artmasına şərait yaradır.Bu barədə dietoloqlar xüsusi qidalanma resepti paylaşıblar. Mütəxəssislərin fikrincə, qatığın faydalı təsirini daha da artırmaq üçün üsul olduqca sadədir. Sözügedən qarışığa az miqdarda darçın və ovuc içi qədər qoz əlavə etdikdə, orqanizm həm də lazımi sağlam yağlarla təmin olunur. Belə qidalanma rejimi maddələr mübadiləsini tənzimləyərək artıq çəki riskini tamamilə sıfıra endirir.Yəni, gecə vaxtı ac qalıb əzələ itirmək əvəzinə, yatmazdan əvvəl darçınlı və qozlu qatıq yeməklə həm tox qalmaq, həm də bədəni formaya salmaq mümkündür.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
demokrat.az

1Источники