Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mənə çox dəyərli biliklər qazandırdı. Burada öyrəndiklərimi ölkəmdə, xüsusilə, çay kənarında yerləşən və plansız şəkildə salınmış yaşayış ərazilərində tətbiq etməyi planlaşdırıram.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Pakistanın "Share Welfare Society" təşkilatının nümayəndəsi Qrefen Kristofer deyib.
O bildirib ki, WUF13-də öyrəndikləri gələcəkdə daha yaxşı və dayanıqlı həllər tətbiq etməsi üçün çox faydalı olacaq.
Qrefen Kristofer, eyni zamanda, vurğulayıb ki, WUF13 yüksək səviyyədə təşkil edilib: “Sessiyada ilk dəfə iştirak edənlər üçün çox rahat və faydalı mühit yaradılıb. Buna görə Azərbaycana təşəkkür edirəm. Burada olmaq çox xoşdur".