RU

G7 ölkələri iqtisadi çətinlikləri müzakirə ediblər

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

G7 maliyyə nazirləri Parisdə qlobal iqtisadi çətinlikləri, İranın Hörmüz boğazını blokadasının təsirinlərini və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər. 

Məlumatı “Euronews” verib. 

Nazirlərin görüşündən sonra Fransanın iqtisadiyyat və maliyyə naziri Roland Leskur bildirib ki, G7 ölkələri Ukraynaya dəstəkdə “yekdildir”. O, G7 ölkələrinin “Rusiyaya təzyiq göstərmək” niyyətini bir daha təsdiqləyib.

Onun sözlərinə görə, neft qiymətlərinin artmasına baxmayaraq, Rusiyanın Ukrayna və ya Yaxın Şərqdəki müharibədən qazanc əldə etməsinin qarşısını almaq G7 üçün prioritet olaraq qalır. Nəticələri azaltmaq üçün ABŞ sammitin açılış günündə dənizdə saxlanılan Rusiya xam neftinə qarşı sanksiyaların dayandırılmasının müvəqqəti olaraq uzadıldığını elan etdi.

Müzakirələr ərəfəsində Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis ABŞ-ın qərarını tənqid edib: “Aİ-nin nöqteyi-nəzərindən biz inanmırıq ki, indi Rusiyaya təzyiqi azaltmağın vaxtıdır”, - deyə o bildirib.

Valdis Dombrovskis əlavə edib ki, “Əslində, İrandakı müharibədən və artan yanacaq qiymətlərindən faydalanan Rusiyadır. Əksinə, biz təzyiqi artırmalıyıq”.

P.ƏMİRCANOV
XQ

Избранный
15
1
xalqqazeti.az

2Источники