ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda kobud qayda pozuntusuna yol verən sürücü digər hərəkət iştirakçısı üçün təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 17-də paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb.
Belə ki, 77-VT-582 qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü “Gənclik Mall” ticarət mərkəzinin parkinqinə daxil olarkən digər nəqliyyat vasitəsinə maneə yaradıb. Həmin istiqamətdə hərəkət üçün yalnız bir zolaq nəzərdə tutulmasına baxmayaraq, sürücü soldan həmin zolağa daxil olaraq görüntünü qeydə alan avtomobili sıxışdırmağa başlayıb.
Nəticədə təhlükə ilə üzləşən sürücü avtomobilinin dəmir məhəccərə dəyəcəyini görərək dayanıb yol verməyə məcbur olub.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.