RU

21 il əvvəl Mourinyo, indi isə Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2005-ci ildən bəri İngiltərə çempionu olan ən gənc baş məşqçi kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçə etməsindən sonra “Arsenal” vaxtından əvvəl ölkə çempionluğunu təmin edib. Beləliklə, Arteta “topçular”ı 44 yaşında çempionluğa daşıyıb.

Bundan əvvəl Premyer Liqada daha gənc yaşda çempion olan son məşqçi Joze Mourinyo idi. Portuqaliyalı mütəxəssis 2004/05 mövsümündə 43 yaşında “Çelsi” ilə İngiltərə çempionu olmuşdu.

Избранный
2
publika.az

1Источники