RU

Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın gələcəkdə Moskvaya səfər edəcək”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat verib.

"Uitkoff yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırır", - deyə siyasətçi vurğulayıb.

Eyni zamanda, Dmitriyev səfərin dəqiq tarixini və ya mümkün məqsədini açıqlamayıb.

Xatırladaq ki, bundan öncə Uitkoff bir neçə dəfə Rusiyaya səfər edib və Putinlə görüş keçirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
17
missiya.az

1Источники