RU

Çinin Ukraynaya göndərilən Rusiya əsgərlərinə gizli təlim keçdiyi ortaya çıxdı...



“Reuters” agentliyinin məlumatına görə, Çin Pekin və Nankin şəhərlərində yüzlərlə rus hərbçisinə gizli şəkildə təlim keçməyə başlayıb.

Xəbərdə təlimin pilotsuz uçuş aparatlarının istifadəsini, elektron müharibəni, hərbi aviasiyanı və motorlu piyada əməliyyatlarını əhatə etdiyi bildirilir. Bu təlimdən keçən bəzi rus əsgərlərinin Krım və Zaporojye kimi qarşıdurma bölgələrinə göndərildiyi iddia edilir. İddialara görə, Rusiya bunun müqabilində Çin hərbi heyətini öz müəssisələrində yetişdirməyə razılıq verib.

Iddialara görə, təlimlər 2025-ci ilin sonuna qədər davam edib.

Tahir TAĞIYEV

Избранный
47
baki-xeber.com

1Источники