Kim Kardaşyan gündəlik sağlamlıq qaydaları ilə bağlı açıqlaması ilə pərəstişkarlarını şoka salıb.
Publika.az xəbər verir ki, “Good Hang” podkastında çıxışı zamanı Kardaşyan gündə təxminən 35 müxtəlif qida əlavəsi qəbul etdiyini bildirib.
Bu rəqəm aparıcını o qədər təəccübləndirib ki, o, sözün əsl mənasında lal olub.
Lakin Kim gün ərzində həb qəbulunu üç mərhələyə böldüyünü aydınlaşdırıb: "Mən onları gündəlik üç dozaya bölürəm".
Kardaşyan deyir ki, balıq yağının qəbul etmək onun üçün xüsusilə çətindir. Ulduz etiraf edib ki, bir anda davamlı kapsul qəbul etməkdən bezib və əlavədən imtina etmək qərarına gəlib.