RU

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 8 milyon 389,5 min ton neft nəql edilib.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 4 ayının göstəricisinə nisbətən 31,4 % azdır. Ötən dövr ərzində nəqletmənin 77 %-i BTC kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 %-ni və ya 6 milyon 914,7 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6 %-ini və ya 1 milyon 475,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10,6 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 6,8 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
baku.ws

1Источники