RU

Törəxanım Nəsrullayeva: İnsanlar passiv müşahidəçi deyil, aktiv iştirakçı olduqda şəhərlər daha güclü olur

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

Bu gün əsas şəhər problemlərindən biri vətəndaş iştirakının aşağı olması, zəif kommunikasiya kanalları və həddindən artıq mərkəzləşdirilmiş şəhərsalma sistemləridir. Bir çox şəhərlərdə insanlar gündəlik həyatlarına birbaşa təsir edən mənzil qərarlarından uzaq düşdüklərini hiss edirlər. Hesab edirəm ki, insanlar passiv müşahidəçi deyil, aktiv iştirakçı olduqda şəhərlər daha güclü olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Vətəndaşların İştirakı və Strateji Ünsiyyət Vasitəsilə Şəhər Davamlılığının Gücləndirilməsi" mövzusunda tədbirdə moderator, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva deyib.

O bildirib ki, bu problemin həlli istiqamətində yanaşmalar əsasən üç əsas sahəyə yönəlib: rəqəmsal rabitə vasitələri, ictimaiyyətin iştirakı modelləri və məlumatlara əsaslanan qərar qəbuletmə.

"Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və daha şəffaf qarşılıqlı əlaqə yarada bilər. Məsələn, elektron idarəetmə sistemləri, icma rəyləri tətbiqləri və iştirakçı şəhərsalma modelləri vətəndaşlara öz ehtiyaclarını daha effektiv şəkildə ifadə etməyə imkan verir.

Şəhərlərin inkişafı prosesində insanların yalnız müşahidəçi deyil, aktiv iştirakçı olması vacibdir. Yerli forumlar, ictimai müzakirələr və icma əsaslı təşəbbüslər vətəndaşların qərarvermə prosesinə daha yaxından qoşulmasına kömək edir.

Toplanan məlumatlar və vətəndaş rəyləri isə hökumətlərə daha düzgün və inklüziv qərarlar qəbul etməyə imkan verir", - deyə T.Nəsrullayeva vurğulayıb.

Fotoqraf - Azər İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
azertag.az

2Источники