
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə mümkün yeni hərbi qarşıdurma barədə sərt xəbərdarlıq edib.
Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “X” sosial media hesabında paylaşım edib.
O bildirib ki, İranla müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində bir neçə təyyarənin itirildiyini etiraf edib və İran silahlı qüvvələrinin F-35 qırıcısını vuran ilk qüvvələrdən biri olduğu açıqlanıb.
Əraqçı qeyd edib ki, əldə edilən təcrübə və biliklər nəzərə alınaraq, müharibənin yenidən başlaması halında daha çox sürprizlərin olacağı gözlənilir.
Daşqın HəsənovMissiya.Az