RU

Sabiq sədr 200 min manat mənimsəmədə təqsirləndirilir

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.

İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.

Bu əməlinə görə ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci maddələri ilə ittiham elan edilib.

Избранный
5
1
ucnoqta.az

10Источники