RU

“Ya çıxış yolu tapacağıq, ya da…” – Pezeşkian idarəetmədən narazıdır

“Ya çıxış yolu tapacağıq, ya da yeni bir nizam quracağıq”. 

“7Times.az” xəbər verir ki, bunu əyalət qubernatorlarının görüşündə çıxış edən İran Prezidenti Məsud Pezeşkian deyib. İran mediasının məlumatına görə, Pezeşkian deyib ki, Tehranın üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün yeni yanaşmaya və yaradıcı həll yollarına ehtiyac var.

Pezeşkian ölkənin əvvəlki idarəetmə metodlarının artıq mövcud problemlərin hamısını həll etmək üçün kifayət etmədiyini bildirib və əlavə edib ki, əgər təkcə köhnə metodlar kifayət etsəydi, bir çox problem artıq həll olunmuş olardı.

Избранный
8
1
7times.az

2Источники