RU

"Real"ın futbolçusu "Qalatasaray"ın hədəfində

“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Türkiyədə davam etdirə bilər.

"Unikal" xəbər verir ki, Fransa millisinin üzvü ilə “Qalatasaray” maraqlanır. Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun iddiasına görə, İstanbul klubu 23 yaşlı futbolçunun hazırkı transfer vəziyyəti ilə bağlı “Real Madrid”dən məlumat alıb. Lakin hələlik Kamavinqa üçün rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən “Real Madrid”in formasını geyinir.

Избранный
7
2
unikal.az

5Источники