RU

Bakıda sevgilisinin telefonuna baxan qadının başına iş gəldi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Nizami rayonunda 34 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 20-də baş verib. 1992-ci il təvəllüdlü Mərdan həmin gün saat 22 radələrində birgə yaşadıqları ünvanda qeyri-rəsmi nikah münasibəti ilə bir yerdə yaşadığı Zülfiyyə ilə mübahisə edib. Mübahisəyə səbəb Zülfiyyənin onun mobil telefonda başqa qızla yazışmasını görməsi səbəbindən yaranıb. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zülfiyyə onun ünvanına nalayiq ifadələr işlədib. Bundan hiddətlənən Mərdan qisas almaq niyyəti ilə yumruqla Zülfiyyənin üz və bədəninin digər nahiyələrinə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Mərdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
demokrat.az

1Источники