ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan artıq investorlar üçün çox böyük platformaya çevrilib. Bu gün “Sea Breeze”, “Ağ Şəhər” kimi iri layihələr həyata keçirilir. WUF13 kimi beynəlxalq tədbirlər isə ölkədə yeni böyük layihələrin başlanmasına stimul verir. Təbii ki, biz də şirkət olaraq dövlətlə birlikdə “Ağ Şəhər” kimi layihələrin davam etdirilməsinə öz töhfəmizi verməyə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “AS Group Investment” MMC-nin təsisçisi Şahin Mövsümov bildirib.
O qeyd edib ki, “AS Group” olaraq hazırda Qarabağ bölgəsində aparılan bərpa işlərində fəal iştirak edirlər. “Ağalı kəndinin birinci və ikinci mərhələlərini, eləcə də Mahmudlu kəndi layihəsini uğurla təhvil vermişik. Bu gün isə Dövlət Yaradıcılıq Mərkəzinin layihəsini təhvil verdik. Hesab edirəm ki, Azərbaycan bizim gələcəyimizdir və biz şirkət olaraq ölkəyə yeniliklər gətirməyə davam edəcəyik”, - deyə Şahin Mövsümov əlavə edib.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Nicat Həşimov
Videooperator - Vüsal Tağıyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.