RU

Premyer Liqa yolunda final kimi matç – 4 futbolçu cəzalıdır

Azərbaycan I Liqasının sonuncu turunda Premyer Liqa üçün mübarizə aparan iki komanda üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, “Mingəçevir”lə “Səbail” arasındakı görüş böyük maraqla gözlənilir. Vacib oyun öncəsi iki komandanın da heyətində itkilər var. 

“Səbail”də Ruslan Varonsovla Kamran Quliyev, “Mingəçevir”də isə Amil Yunanov və Elnur Mirzəyev cəzalıdır. Mingəçevirdə baş tutacaq görüş mayın 22-də, saat 17:00-da start götürəcək.

Ev sahibi komanda oyunda qalib gəlsə, çempionatı ikinci pillədə bitərəcək və  Premyer Liqa üçün pley-offa vəsiqə qazanacaq. “Səbail”ə isə ikinci pillə üçün heç-heçə də bitir.

Избранный
33
idmanxeber.az

1Источники