RU

OECD rəsmisi: Dayanıqlı şəhərlər üçün təbiət əsaslı həllərin inteqrasiyası vacibdir

Bakı, 20 may, AZƏRTAC

Maliyyə və investisiyalar sahəsində mümkün olduğu qədər özəl sektor vəsaitlərinin də səfərbər olunması vacibdir. Çünki yalnız dövlət sektoru bütün ehtiyacları qarşılaya bilməz. Eyni zamanda, monitorinq və qiymətləndirmə sistemləri də gücləndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İqtisadi Təhlil, Məlumat və Statistika Bölməsinin Geoməkan Təhlili Laboratoriyasının koordinatoru Claudia Baranzelli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf (TOD) və Şəhərlərin Yaşıl Transformasiyası” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, təbiət əsaslı həllər sonradan əlavə olunan yanaşma kimi qəbul edilməməlidir.

“Onlar mütləq şəkildə qərar qəbuletmə proseslərinə inteqrasiya olunmalıdır. Bu isə həm layihələrin seçimi, həm də ictimai fəaliyyət və performans meyarlarının nəzərə alınması deməkdir, yəni bu prinsiplər bütün planlaşdırma mərhələlərində tətbiq edilməlidir. Bu yanaşma şəhərlərin çoxölçülü şəkildə və zamanla necə fəaliyyət göstərdiyini daha dərindən təhlil etmək üçün etibarlı bilik bazası yaradır. Bu kimi məlumat mənbələrinə OECD-nin yerli məlumat portalı vasitəsilə də çıxış etmək mümkündür”, - deyə o əlavə edib.

Müxbir: Vüsalə Səfərova

 

Избранный
25
1
azertag.az

2Источники