RU

Suriya niyə Türkiyəni çətin vəziyyətə salır? Dəməşqin sual yaradan PYD siyasəti

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Suriyada səfərdə olan Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ölkə Prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.

Xəbər verdiyimiz kimi, görüşdə bölgədəki yeniliklər, iki ölkə arasında əməkdaşlıq və koordinasiya məsələləri müzakirə predmeti olunub.

Siyasi şərhçi Tural Rzayev Bakupost.az-a bildirib ki, Türkiyə ilə Suriya arasında münasibətlər həddən artıq çoxşaxəlidir. Bir tərəfdən, iki ölkə arasında münasibətlər çox yaxın münasibətlər kimi xarakterizə olunur. Türkiyə faktiki olaraq Suriya hökumətinin maliyyə baxımdan və silahların ötürülməsində əsas sponsoru kimi çıxış edir”.

Həmsöhbətimizin sözlərinə görə, Suriya hökumətinin son zamanlar atdığı bəzi addımlar Türkiyəni narahat edir:

“Rəsmi Dəməşqin PKK qolu olan PYD-SDQ-yə rəhbərlikdə yer ayırması Ankaranı narahat edən məsələdir. Rəsmi Dəməşq həm məcburiyyət, həm də daxili stabilliyi təmin etmək səbəbilə Türkiyədə müəyyən problemlər yaradan addımlar da atır. Məsələn PKK qolu olan PYD-nin Suriya ordu sıralarına daxil edilməsi, 4 batalyon olmaqla SDQ döyüşçülərinin saxlanılması, PYD-SDQ rəhbərliyindən Suriya dövlət rəhbərliyi, ordu və polis rəhbərliyinə müavinlərin gətirilməsi kimi addımlar Ankaranı çox narahat edir.

Düşünürəm ki, görüşdə bu kimi məsələlər də müzakirə olunub”.

Ekspert qeyd edir ki, rəsmi Dəməşq həmçinin İsrail təhlükəsinə qarşı İran və Rusiya ilə də yaxınlaşmağa çalışır:

“Bunlar göstərir ki, Ankara ilə Dəməşq arasında qarşılıqlı münasibətlərdə müzakirə ediləcək çoxsaylı yeniliklər baş verib”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
www.bakupost.az

1Источники