RU

Çin liderindən İranla bağlı 4 bəndlik sülh təklifi

 "Körfəz bölgəsi və Yaxın Şərq müharibə ilə sülh arasında kritik bir kəsişmə nöqtəsindədir. Bütün münaqişələr dərhal bitməli və danışıqlar yenidən başlamalıdır”.

Ölkə.az xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin son günlərdə ABŞ və İran arasında gərginliyin yenidən  artmasını şərh edərkən deyib.
Si vurğulayıb ki, münaqişələrin aradan qaldırılması enerji təchizatındakı fasilələri aradan qaldıracaq və sənaye sahələrinin, təchizat zəncirlərinin və beynəlxalq ticarət sisteminin sağlam fəaliyyətini təmin edəcək.

Çin lideri qeyd edib ki, böhranın həlli üçün prinsiplər kimi dinc yanaşı yaşama, milli suverenlik, beynəlxalq hüququn aliliyi və təhlükəsizliklə inkişaf arasında tarazlığı göstərən dörd bəndlik sülh təklifi gərginliyin azaldılması və münaqişələrə son qoyulması ilə bağlı beynəlxalq konsensus yaratmağı hədəfləyir.

Mürtəza

Избранный
21
2
olke.az

3Источники