RU

AQTA: Heyvan rifahını təmin edin ki, yaxşı qidalanasınız

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Heyvan mənşəli məhsullar gündəlik qida rasionunda mühüm yer tutur. 

Ət, süd və digər heyvan mənşəli məhsulların keyfiyyəti isə birbaşa heyvanların sağlamlığı və saxlanılma şəraiti ilə bağlıdır. Heyvanların rifahının qorunması yalnız məhsuldarlığın artırılması deyil, həm də təhlükəsiz qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, heyvan rifahı dedikdə, onların kifayət qədər yem və su ilə təmin olunması, təhlükəsiz və rahat şəraitdə saxlanılması, xəstəlik və stresdən qorunması, eləcə də təbii davranışlarını sərbəst nümayiş etdirə bilməsi nəzərdə tutulur. 

Sağlam və gümrah heyvanlardan əldə olunan məhsullar daha keyfiyyətli olur və insan sağlamlığı üçün risk yaratmır. Həddindən artıq isti və ya soyuq hava, yüksək səs-küy, hərəkətsizlik, sıx saxlanılma, keyfiyyətsiz yemləmə və kobud rəftar heyvanlarda ciddi stres yaradır. 

Stres nəticəsində heyvanların immun sistemi zəifləyir, məhsuldarlıq azalır və süd, ət kimi məhsulların keyfiyyətində mənfi dəyişikliklər baş verir. Bundan əlavə, stres heyvanların çoxalma qabiliyyətinə də mənfi təsir göstərir. Heyvanların sıx saxlanılması ciddi problemlər yaradır. 

Belə şəraitdə yem və su uğrunda rəqabət artır, xəstəliklərin yayılma riski yüksəlir. Nəticədə antibiotiklərdən həddindən artıq istifadə edilir ki, bu da bakteriyalarda antibiotiklərə davamlılığın yaranmasına və məhsullarda antibiotik qalıqlarının toplanmasına səbəb olur. Heyvan rifahı ətin keyfiyyətinə də birbaşa təsir edir. 

Kəsimdən əvvəl stresə məruz qalan heyvanlarda əzələ toxumasında biokimyəvi proseslər pozulur və nəticədə ətin keyfiyyəti aşağı düşür. Bu səbəbdən heyvanların daşınması və kəsimi zamanı humanist davranmaq, kəsimdən əvvəl isə dincəlmələrini təmin etmək vacib hesab edilir. 

Təhlükəsiz və keyfiyyətli heyvan mənşəli məhsulların əldə olunması üçün təsərrüfatlarda heyvan rifahı prinsiplərinə ciddi əməl edilməlidir. Heyvanların düzgün bəslənməsi, rahat şəraitdə saxlanılması və stresdən qorunması sağlam məhsul istehsalının əsas şərtlərindəndir. Sağlam heyvan sağlam və təhlükəsiz qidanın təminatıdır. 

Gülər 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
1
cebheinfo.az

2Источники