RU

Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidissiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar keçiriləcək

22 may 2026-cı il tarixində saat 15.00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim və rezidentlər üçün növbəti elmi maarifləndirici seminar keçiriləcək.

Seminarda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov “Gestasiya dövründə uroloji patologiyalara multidissiplinar yanaşma” mövzusunda və Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimova “Klinik hal” mövzusunda təqdimatlarla çıxış edəcəklər.
Tibb sahəsində multidissiplinar yanaşmaların və klinik təcrübələrin paylaşılması məqsədilə təşkil olunan seminar iştirakçılar üçün nəzəri biliklərin artırılması və praktik yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli platforma olacaq. Tədbirdə uroloji patologiyaların gestasiya dövründə idarə olunması, klinik halların təhlili və müasir tibbi yanaşmalar barədə ətraflı məlumat təqdim ediləcək, iştirakçılar ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Seminar bütün ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.

Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!

Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Избранный
37
1
sia.az

2Источники