RU

Atama heç bir hissim OLMAYIB

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fitness məşqçisi və sosial media fenomeni Kamil Zeynallı etdiyi emosional açıqlama ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, keçdiyi çətin həyat yolundan və uşaqlıq illərində yaşadığı ailə problemlərindən danışıb.

Zeynallı bildirib ki, anası ailə həyatının ilk günlərindən ağır sınaqlarla qarşılaşıb:

"Anam cəmi 3 ayın gəlini olub. Elə bil o vaxtdan alnına əziyyət yazılıb. Qardaşı tərəfdən də problemlər yaşayıb".

İdmançı anasının həyat yoldaşının qohumları tərəfindən evdən uzaqlaşdırıldığını da açıqlayıb:

"Anamı gəlin getdiyi evdən ərinin qohumları qaçırıb ki, ata evinə getsin, o əziyyətlərdən qurtulsun".

İdmançı atası ilə münasibətlərindən də söz açıb. O bildirib ki, uşaqlıq illərində atasını çox az görüb və həmin münasibət onda atalıq hissinin formalaşmasına təsir edib:

"Atamı uşaqlıqda cəmi 2-3 dəfə görmüşəm. Məcbur olub atam məni görmək istəyib. Anam deyib ki, get görüş. Amma ona qarşı heç bir atalıq hissim olmayıb".

Fitness məşqçisi əlavə edib ki, uşaqlıqda yaşadığı sevgisizlik bu gün öz övladına münasibətində fərqli davranmasına səbəb olub:

"Bəlkə mən atalığı görmədiyimə görə bu gün övladıma atalığı sahib olmadığım kimi göstərirəm. Bəlkə də atalıq sevgisi ilə böyüsəydim, bu gün Kamil Zeynallı olmazdım".

Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici Kamil Zeynallının səmimi etiraflarını müsbət qarşılayıb.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
2
news.milli.az

3Источники