RU

SEPAH-dan qorxunc hədə: "İrana təkrar hücum edilsə, döyüşlər Yaxın Şərq hüdudlarını aşacaq"

"ABŞ və İsrailin İrana təkrar hücumu baş verərsə, döyüş əməliyyatlarının əhatə dairəsi Yaxın Şərq regionunun hüdudlarını aşacaq".

7News.Az "Fars" agentliyinə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.

SEPAH-ın iddiasına görə, əvvəlki silahlı toqquşmalar zamanı İran qüvvələri bütün potensialından istifadə etməyib.

Daha əvvəl ABŞ lideri Donald Tramp bəyan etmişdi ki, İrana mayın 19-na planlaşdırılan hücumdan Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə imtina edib.

Öz növbəsində İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib ki, İslam Respublikası hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır və qarşı tərəfə "yeni sürprizlər" etmək əzmindədir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
 

Избранный
12
7news.az

1Источники