RU

Mehdiabadda yeni cüdo zalı istifadəyə verilib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

İdman.Biz xəbər verir ki, bununla bağlı keçirilən açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Burada paltardəyişmə otaqları və digər köməkçi sahələr də yaradılıb. Yeni zalda 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait mövcuddur.

Qeyd edək ki, 2022-2026-cı illər ərzində ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Eyni zamanda Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14 300 tatami paylanılıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
icma.az

8Источники