RU

Almaniya Türkiyəyə Patriot sistemiYERLƏŞDİRƏCƏK

Almaniya Türkiyənin cənub-şərqində NATO missiyası çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sistem iyun ayından etibarən altı ay müddətinə bölgədə fəaliyyət göstərəcək və NATO tərəfindən artıq yerləşdirilmiş müdafiə infrastrukturunun bir hissəsini əvəz edəcək.

Məlumata görə, hazırda Türkiyədə yerləşdirilən İspaniyaya məxsus “Patriot” sistemi Almaniya tərəfindən gətiriləcək yeni sistemlə əvəz olunacaq.

Nazirliyin açıqlamasında qeyd olunur ki, bu addım ABŞ, İsrail və İran arasında gərginlik fonunda NATO-nun bölgədə hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Dəyişdirmə prosesinin iyun ayında tamamlanması və sistemin təxminən altı ay ərzində aktiv şəkildə istifadədə olması planlaşdırılır.

Aminə ŞAHSUVARQIZI

Избранный
28
redaktor.az

1Источники